"Rusiya Dövlət Duması və Federasiya Şurasının deputatlarının Avropa Parlamentinə girişinə dair sorğularına fərdi şəkildə baxılacaq”, deyə mənbə bildirib.
Bundan başqa, Avropa Parlamentinin Aİ-Rusiya parlamentlərarası əməkdaşlıq komitəsinin işində iştirakı dayandırılacaq.
Qeyd edək ki, bundan əvvəl Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi "qara siyahı”ya cavab olaraq Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.