Yaralananlar arasında 5 nəfər polis var, onlardan birinin vəziyyəti ağırdır. Bundan başqa, yaxınlıqdan keçən insanlar da xəsarət alıb.
Partlayış Sind və Belucistan vilayətlərini birləşdirən avtomagistralda otel yaxınlığında baş verib. Polisin məlumatına əsasən, motosiklə bərkidilən partlayıcı qurğu məsafədən işə salınıb.
Hücum Pakistan prezidentinin oğlu Süleyman Məmnunun korteji otelin yanından keçərkən baş verib. Lakin o xəsarət almayıb.