Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Şindler rəhbərlik etdiyi qurumun ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq zamanı bir sıra səhvlərə yol verdiyini etiraf edib. APA-nın "Associated Press”ə istinadən verdiyi məlumata görə, G. Şindler əsas səbəb kimi alman kəşfiyyatının ABŞ xüsusi xidmət orqanlarından asılılığını göstərib.
Bundestaqda keçirilən dinləmələrdə çıxışı edən G. Şindler rəhbərlik etdiyi qurumda daxili araşdırma aparacağını vəd edib.