İslam Dövləti döyüşçüləri (İD) Suriyanın Palmira şəhərini ələ keçirərək qədim abidələrin yerləşdiyi tarixi mərkəzə daxil olublar. Suriya Monitorinq qrupu hələlik mədəniyyət obyektlərinin uçurulması barədə məlumatın daxil olmadığını bildirir.
Xəbərlərdə yaxınlıqdakı hərbi hava bazasının, həbsxana və kəşfiyyat mərkəzinin cihadçıların nəzarətində olduğu göstərilir.
Suriya hökumət qüvvələrinin şəhərdən çıxarıldığını təsdiq edib.
İD bundan əvvəl İraqdakı Nəmrud qədim mədəniyyət abidələrini məhv edib.
Rəsmi mətbuat Palmiranın Tadmir qəsəbəsindən yerli sakinlərin çoxunun evakuasiya edilməsindən sonra hökumət qüvvələrinin geri çəkildiyini bildirib.
Palmira UNESCO tərəfindən qorunan Dünya İrsi siyahısına aid edilmiş qədim şəhərdir. Ehtiyat edilir ki, şəhərə daxil olan İD döyüşçüləri onun tarixi abidələrini məhv edə bilər.