Suriya prezidenti Bəşər Əsədlə bağlı sensasiyalı xəbər yayılıb. İddiaya görə, Suriyanın hərbi kəşfiyyat xidmətinin başçısı Rafiq Şehade və İsrail mənşəli bir fransız agent Suriya prezidenti Bəşər Əsədə sui-qəsd təşkil edib.
Baki-xeber.com xəbər verir ki, ABŞ-da müharibə qazisi əsgərlərin məqalələrini çap edən "Veterans Today'” saytının redaktoru Gordon Duffun ortaya atdığı bu iddiaya görə Rusiya prezidenti Vladimir Putin və Rusiya Hərbi Kəşfiyyat Xidmətinin mühafizəsi altında olan Əsədə qarşı sui-qəsd cəhdinin arxasında Fransa prezidenti Fransua Olland və İsrail baş naziri Binyamin Netanyahu dayanır.
Duff iddasına mənbə olaraq "Veterans Today”in Dəməşq bürosu şefinin Suriya təhlükəsizlik qurumlarından aldığı məlumatları göstərir. Suriyalı hərbi səlahiyyətlilərin Əsədə sui-qəsd edildiyini təsdiqlədiyi iddia edilir.
Xəbərdə Olland və Netanyahunun Doha və Riyad ziyarətlərindən sonra bu planı hazırladıqları iddiası da yer alır. Fransız rəsmilərin isə bu haqda hər hansı bir açıqlama vermədiyi bildirilir.
Duff məqaləsində Fransanın Suriya və Livan üzərində təxmin ediləndən daha çox təsirə malik olduğunu, ancaq çox az adamın bu təsirin fərqində olduğunu yazır.
İki həftə əvvəl ərəbcə yayılan "Wasel News" adlı bir xəbər saytı də Əsədin öldürüldüyünü iddia etmişdi.