Estoniyanın "GoRail” dəmiryolu şirkəti Tallin – Moskva marşrutu üzrə sərnişindaşımanı dayandırmağa qərar verib. APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu gün Estoniya paytaxtından qeyd olunan marşrut üzrə sonuncu sərnişin qatarı yola düşəcək.
Bundan əvvəl mayın 10-da Tallin – Sankt Peterburq marşrutu üzrə qatarların hərəkəti dayandırılıb.
Şirkətin rəhbəri Allar Pinsel Rusiyadan gələn turistlərin sayının kəskin azalması marşrutun bağlanmasına səbəb olub.