Tərəflər arasında bir sıra məsələlərlə bağlı ziddiyyətlərin olduğunu deyən diplomat İranla "altılıq” ölkələrinin müvafiq sənədin vahid razılaşdırılmış mətnini hazırlamağa cəhd etdiyini diqqətə çatdırıb.
"Düşünürük ki, sonuncu tarixədək bunu edə bilərik”, - deyə o vurğulayıb.
Diplomat onu da əlavə edib ki, tərəflər Nyu-Yorkda yekun sənədin ilkin variantını hazırlayıblar.
Qeyd edək ki, bu gün Vyanada A. Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə "altılıq” ölkələri təmsilçilərinin görüşü keçiriləcək.