İspaniyadan Liviyanın Tobruk limanına gedən gəmiyə mayın 10-da hücum edilib.
Nazirliyin məlumatına görə, gəmi ilk olaraq sahildən artileriya atəşinə tutulub, sonra isə havadan vurulub və insident beynəlxalq sularda baş verib.
Adı çəkilməyən liviyalı deputat isə bildirib ki, gəmi icazəsiz Liviya ərazisinə daxil olduğuna görə, silahlı qüvvələr atəş açmalı olublar.