Ukrayna Rusiyadan Donbasdakı hərbi əməliyyatlara görə 350 mlrd. dollar təzminat tələb edib. APA-nın məlumatına görə, bunu Ukraynanın "5-ci kanal”ının efirində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Aleksandr Borovik bəyan edib.
"Hansısa mərhələdə Rusiya pul ödəməli olacaq. Biz hesablamalar aparmalıyıq, buna hazır olmalıyıq”, - deyə o vurğulayb.