Çeçenistan prezidenti Ramzan Kadırov Noja-Yurt rayonunun polis rəisi Nazhud Guchigova 17 yaşlı məktəbli qızı ikinci arvad etməsinə icazə verib.
«Novaya qazeta» xəbər verir ki, yerli telekanal Kadırovun bu izdivaca razılıq verdiyini bildirib. Xəbərdə deyilir ki, Kadırov adam göndərib qızın valideynlərinin bu toya razı olub-olmadığını öyrənib.
Kadırovun da dəvət edildiyi toy mayın 10-da olacaq.
«Novaya qazeta» yazır ki, 57 yaşlı Nazhud Guchigov qızı zorla özünə arvad etmək istəyib. Onun valideynlərinə xəbər göndərib ki, bu izdivaca könüllü razı olsunlar. Valideynlər buna etiraz etmək istəyəndə, onlara təzyiqlər olub. Qızlarını qaçıra bilməsinlər deyə, kəndin girəcəyində post qurulub.
Elə həmin gün polis rəisi «Novaya qazeta»nın jurnalistinə bildirib ki, onun həyat yoldaşı var və Kheda Goylabiyeva ilə, ümumiyyətlə, tanış deyil.
Mayın 7-də məsələyə Ramzan Kadırov qarışıb.
Rusiyada ikiarvadlılıq qadağandır. Ölkədə nikah yaşı 18-dir. Bir neçə il əvvəl Kadırov qız qaçırılmasını və nikah yaşına çatmayanlarla evlənməyi qadağan edib.