"Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çox çətin olacaq. Bunu Gürcüstanın timsalında gördük". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"Fikrimcə, Ukraynadakı dostlarımız bunu başa düşürlər. Hazırda Ukrayna tərəfi MDB-də fəaliyyətini de-fakto dayandırıb, ümumi büdcəyə vəsait ayırmır", - deyə o vurğulayıb.