"Həyata keçirəcəyimiz strategiya gələcəkdə Ukraynanın Alyansa üzvlüyünü təmin etməlidir”, deyə P.Poroşenko bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasında çıxış edən dövlət başçısı bildirib ki, bu, ölkənin ərazi bütövlüyü və suverenliyi üçün vacib amildir: "NATO ilə əməkdaşlıq, Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasətinə sadiq qalmağımız Ukrayna milli təhlükəsizlik strategiyasının özəyini təşkil edir”.