Özbəkistan prezidenti İslam Kərimov da mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək. Bu barədə Rusiya agentlikləri Özbəkistanın "Yeni əsr” qəzetinə istinadla xəbər verirlər.
Qəzetin yazdığına görə, Kərimov həmin gün Nasist almaniyası üzərində qələbənin 70 illiyi ilə bağlı Daşkəntdə keçiriləcək paradda iştirak edəcək.
Belarus prezidenti Aleksandr Lukaşenko da bundan əvvəl, həmin gün ali baş komandan kimi Minskdə özü parad keçirəcəyini bəyan edib.
Rusiya prezidentinin köməkçisi Valery Uşakov mayın 6-da bildirib ki, Moskvada keçiriləcək hərbi paradda 27 xarici dövlət və hökumət başçısı iştirak edəcək.