Fransada Fələstin Muxtariyyətinin mərhum lideri Yasir Ərəfatın ölümü ilə bağlı istintaq sona çatıb. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə i24news telekanalı məlumat yayıb.
Məlumata görə, iş aprelin 30-da prokurorluğa təqdim edilib. Məlumatda ekspertlərin Yasir Ərəfatın radioaktiv maddə olan polonium ilə zəhərləndirildiyi versiyasını təkrar rədd etdiyi bildirilir.