Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqlıq arzusunu açıqlayıb. Trend-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, ölkə prezidenti Siirt vilayətinə səfəri zamanı ona yaxınlaşan uşaqlarla söhbət edərkən uşaq yaşlarında Prezident olmaq istədiyini bildirib.