Dövlət Departamentinin məlumatına görə Vaşinqton İraqda İD rəhbərlərindən biri olan Abd Rəhman Mustafa Kaduli barədə məlumatlar müqabilində 7 milyon, Suriyanın şimalında fəaliyyət göstərən, Umar əş-Şişani kimi tanınan keçmiş gürcü hərbçisi Tarxan Batiraşvili barədə informasiyaya görə 5 milyon dollar, qruplaşmanın rəsmi "mətbuat katibi" Əbu Muhammad Adnani barədə məlumat müqabilində də eyni məbləği ödəməyə hazırdır
Bundan başqa ABŞ Suriya-Türkiyə sərhədində fəaliyyət göstərən yaraqlılar qrupuna rəhbərlik edən Tarik ben Tahar ben Falih Avani Harzi barədə informasiyaya görə daha 3 milyon dollar ödəməyə hazırdır.
Daha əvvəl Tarxan Batiraşvili və daha 11 nəfər terrorizmə dəstək şübhələri ilə əlaqədar olaraq ABŞ-ın "qara siyahısına" salınmışdı.