«The Independent» qəzetində Moskvada keçiriləcək 9 May paradı ilə bağlı yazı dərc edilib. Qərb ölkələrinin paradda iştirakdan imtina etməsinə diqqət çəkən müəllifin fikrincə, şənbə günü paradında Putinin yanında olmaq siyasi addım olmazdı, Kremldə nahar etmək, əklil qoymaq da yersiz sayılmazdı.
«Ola bilsin sonuncu yubileydir ki, müharibə iştirakçıları bu tədbiri gözləri ilə görəcəklər… Burada daha fəndgir Rusiya aspekti də var. Kreml Rusiyanın böyük dövlət olduğunu nümayiş etdirəcək. Qərbin Ukraynada irəliləməsinin qarşısı alınıb və müqəddəs Krım vətənə qaytarılıb», - müəllif yazır.
«Bu səbəbdən Qərb liderləri Moskvaya getmir. Onlar Putinlə həmrəylik göstərmək istəmirlər. Ancaq Rusiya mayın 9-da təkcə nasist Almaniyası üzərində qələbəni qeyd etmir, 20 milyonluq insan itkisini də anır. Son həftələr rusiyalılarla söhbətimdə ağrılı suallar eşidirəm ki «heç Qərb Rusiyanın verdiyi qurbanları anladımı?», «Qərb bunu qiymətləndirəcəkmi?». Ukrayna məsələsi bu kontekstdə anlaşılmır, tədbirə gəlməmək bir daha göstərir ki, Rusiya heç vaxt «bizdən biri» olmayacaq».