Onun sözlərinə görə, bu il ərzində ABŞ sakinləri artıq bir neçə zorakılıq qığılcımı görüblər: "Baltimorda baş verənlərdə dəhşətli məqamlar çoxdur. Eyni dəhşətləri biz ötən yay Ferqyusonda və Staten-Aylenddə və bu ay Şimali Çarlstonda gördük. Qaradərili amerikalılar açıq-aşkar adi vətəndaşlar və polis tərəfindən zorakılığa məruz qalıblar”.
Müəllifin sözlərinə görə, ABŞ-da sanki ayrı bir qrupun nə qədər dözümlü olduğunu yoxlamaq üçün xüsusi sadist eksperimenti aparılır, lakin hökumət münaqişənin səbəbləri üzərində işləmək istəmir.
Linker vurğulayıb ki, irqi ayrı-seçkilik və zorakılıq hallarına son verilməsə, ABŞ iğtişaşlarla yaxın gələcəkdə yenə üzləşə bilər və bu iğtişaşlara hazır olmalıdır.