Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) ABŞ kəşfiyyatının xahişi ilə fransalı məmurlara və Avropa İttifaqının (Aİ) mənzil-qərargahına qarşı casusluq edib. Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, Almaniya KİV-lərinin əlinə keçən bəzi informasiyalar nəticəsində məlum olub ki, Bad-Ayblinqdəki izləmə stansiyası Fransanın prezident sarayı və Fransa XİN-in binalarını, o cümlədən Avropa Komissiyasının mənzil-qərargahını nəzarətdə saxlayıb.
Sənədlərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də bir sıra Avropa şirkətləri barədə məlumatlar toplayıb. Lakin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bu faktları inkar edib.
Almaniya KİV-lərində qeyd olunur ki, BND amerikalı həmkarlarının xahişi ilə bəzi Avropa şirklətlərinin silah embarqosunu pozub-pozmadığını öyrənmək üçün casusluq edib.