ABŞ-ın müxtəlif iri şəhərlərində polis zorakılığına qarşı etiraz yürüşləri keçirilib. Trend-in "Pittsburgh's Action News 4” telekanalına istinadən verdiyi məlumata görə, 25 yaşlı qaradərili gənc Freddi Qreyin ölümündən sonra ABŞ-da polis zorakılığına son qoyulması tələbi ilə "BlackLivesMatter" şüarı altında aksiyalar təşkil olunur.
Vaşinqtonda 500 nəfərdən çox etirazçı mitinq təşkil edib. Aksiyanın gecə də davam etdiriləcəyi bildirilir. Həmçinin Minnesota şəhərində yüzlərlə insan meydana çıxıb, polis zorakılığına və irqçiliyə son qoymağa çağırıb. Ötən gün Nyu Yorkda keçirilən çoxminlik aksiyada 60 nəfərin saxlanıldığı bildirilib.