Cənubi Koreya Şimali Koreya lideri Kim Çen Inin bu il 15 yüksək vəzifəli məmuru edam etdirdiyini iddia edir.
Baki-xeber.com xəbər verir ki, edam edilənlər arasında bir nazirdə olub. Cənubi Koreyanın "Yonhap” xəbər agentliyi edam edilənlərdən ikisinin ölkə liderinin köməkçisi olduğunu bildirir.
Cənubi Koreya kəşfiyyatına görə, 15 nəfərdən bəziləri Şimali Koreya liderinin siyasətini tənqid etdiklərinə görə edam edilib. Onlarin hamısının güllələndiyi bildirilir.