Səudiyyə Ərəbistanı liderliyindəki ərəb ölkələrinə aid döyüş təyyarələri Yəməndəki üsyançı Husilərə yardım aparan İran təyyarəsinin enişinin qarşısını almaq üçün Sana hava limanını bombalayıb.
Baki-xeber.com "Əl Arabiya” istinadən xəbər verir ki, koalisiya ölkələrinin döyüş təyyarələri dünən Sana hava limanına enməyə hazırlaşan bir İran təyyarəsini geri döndərməyə çalışıb. Ancaq təyyarə onların əmrlərini dinləməyərək Sanaya doğru uçmağa davam edib.
Bundan sonra ərəb döyüş təyyarələri İran təyyarəsinin enişinə maneə törətmək üçün Sana hava limanının eniş zolağını bombalayıb. Bombalamadan sonra İran təyyarəsi geri dönmək məcburiyyətində qalıb.
Bombardman zamanı Yəmənə aid bəzi sərnişin təyyarələri yanıb.