Rusiya prezidenti Vladimir Putinin Moskvaya səfər edən Argentinanın xanım başçısı Kristina Fernandes de Kirşnerlə evlənəcəyi barədə məlumat yayıldı. Rus mətbuatı iddia edir ki, onlar yaxın zamanlarda evlənəcəklər.
Mənbələr bunun fantastik nəticələr verəcəyini iddia edir: Argentina Avrasiya İqtisadi İtifaqına daxil olacaq və öz ərazisində Rusiya hərbi bazalarının yerləşməsinə icazə verəcək. Vladimir Putin isə Folklend adaları problemini həll etməyə söz verib. Məsələ ilə əlaqədar siyasi analitiklərin fikirlərini öyrənməyə çalışdıq.