Terror təşkilatı İŞİD-in mart ayında hava hücumları zamanı yaralanan və artıq təşkilatı idarə edə bilmədiyi iddia edilən lideri Əbubəkr əl Bağdadinin yerinə müvəqqəti olaraq sağ əli Əbu Ala Afrinin gətirildiyi bildirilir.
Baki-xeber.com xəbər verir ki, İraq hökumətinin sözçüsü Hişam Haşimi iraqlı keçmiş fizika müəllimi və Mosulda yaşayan Afrinin Bağdadidən daha çox nüfuzlu olduğunu bildirir.
"Rudaw” xəbər saytı isə Bağdadinin hərbi məsələlər üzrə sağ qolu Visa Kenanın Mosul yaxınlığında öldürüldüyünü iddia edir.