Türkiyənin Baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğluna qarşı silahlı hücumun qarşısı alınıb. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Ayfonkarahisar vilayətində baş verib
Məlumata görə, polis Quran oxuma kurslarının açılışı zamanı hücum etməyə çalışan silahlı şəxsi saxlayıb.