Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid bin Talal koalisiya ölkələrinin Yəməndə keçirilən hərbi hava əməliyyatına qatılan hər bir səudiyyəli pilota "Bentley” markalı super avtomobil hədiyyə edəcəyi vədini verib.
Baki-xeber.com xəbər verir ki, bu barədə "Press TV” məlumat yayıb. Məlumata görə, milyarder Səudiyyə şahzadəsi pilotlara 100 ədəd "Bentley” markalı lüks avtomobil hədiyyə etməyə hazır olduğu bildirib.
Şahzadə Əl Vəlid bin Talal Twitter hesabında "Müdrik liderlərimizi "Qətiyyət qasırğası” əməliyyatı zəfəri və yeni başlayacaq "Ümidin yenidən bərpası” əməliyyatı ilə bağlı təbrik edirəm. Əməliyyata qatılan yüzlərlə pilota öz təşəkkürümü bildirmək məqsədilə məmnuniyyətlə 100 ədəd "Bentley” avtomobil hədiyyə edəcəyəm" – deyə bildirib.