Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Düşənbə meri Məhəmmədsəyid Ubaydulloyev mağazalardan qara yaylıqları satışdan yığışdırmağı tələb edib. Onun fikrincə, bu paltar Tacikistan mədəniyyəti və ənənələrinə uyğun deyil.
Asia-Plus xəbər agentliyi bildirir ki, Ubaydulloyev eləcədə rəsmilərə xaricdən qara rəngli qadın paltarının gətirilməsini dayandırmaq barədə göstəriş verib. Bu göstəriş tajik cəmiyyətində İslam mədəni qaydalarının kök salmasının qarşısını almaq məqəsdilə aparılan daha geniş kampaniyanın tərkib hissəsi kimi başa düşülür.
Mart ayında prezident Emomali Rahmon "xarici" üslubda paltar geyən qadınları tənqid edərək, qadın fəallarını qara örtüklərdən istifadə edərək Tacikistanda "yeni ekstermist dəbi" yaratmaq cəhdlərində ittiham edib.
Tacikistanda rəngarəng baş örtükləri ənənəvi sayıldığı halda, qara hicablara şübhə ilə yanaşılır. 2005-ci ildə ölkə boyu məktəb və universitetlərdə qız tələbələrə hicabda dərsə gəlmək qadağan olunmuşdu.
Tacikistanda əhalinin 90 faizi müsəlman olsa da, 70 illik sovet dövrü ərzində ölkədə ateizm təbliğ edilib.