"Hesab edirəm ki, İŞİD bu gün bizim əsas düşmənimizdir. Bunun bir sadə səbəbi var. Yüzlərlə Rusiya vətəndaşı, yüzlərlə avropalı və amerikalılar, MDB ölkələrinin vətəndaşları İŞİD tərəfində döyüşürlər", - deyə S. Lavrov bildirib.
Onun sözlərinə görə, İŞİD-in tərkibində döyüşənlər artıq evlərinə qayıdırlar: "Onlar döyüşürlər, sonra isə istirahət edirlər. Əyləncə üçün bu pislikləri evlərində də edə bilərlər".
Lavrov bildirib ki, Rusiya üçün yeganə təhlükə ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemidir. S. Lavrov Çin tərəfindən Rusiya üçün heç bir təhlükə görmədiyini söyləyib: "Ümumiyyətlə Şərqdən heç bir təhlükə görmürəm. Bircə təhlükə mövcuddur, bu da ABŞ-ın hava hücumundan müdafiə sistemidir. Bu sistem ABŞ, Avropa və Şimal-Şərqi Asiya ərazisində yaradılır. Bu sistem Rusiya sərhədlərinin perimetrini möcüzəvi şəkildə əhatə edir".