1915-ci il hadisələrini "soyqırım” kimi tanımağa çağıran bəzi ölkələr heç Ermənistanın harada yerləşdiyini də bilmir. Trend-in "TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri naziri Volkan Bozkır bildirib.
Nazirin sözlərinə görə, Türkiyə 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin əleyhinədir.
O, əlavə edib ki, 1915-ci il hadisələri o dövrdə Osmanlı imperiyasında yaşamış bütün xalqlar üçün ümumi faciədir.