L. Murkovski bildirib ki, bu addım satış bazarının genişlənməsinə və NATO ölkələrinin Rusiyadan enerji asılılığını azaltmağa imkan verəcək. O, hazırda Polşanın Rusiyadan bu sahədə 96% asılılığı olduğuna diqqət çəkib.
Senator qeyd edib ki, qadağanın ləğvindən ehtiyatlananlar ölkə daxilində yanacağın qiymətinin yüksələ biləcəyini səbəb göstərirlər. Lakin ABŞ-ın iri neft şirkətlərindən biri - "ConocoPhillips”in Direktorlar Şurasının sədri və baş icraçı direktoru Rayan Lens əksinə, qadağanın ləğvindən sonra ölkədə benzinin ucuzlaşacağını söyləyib. Onun sözlərinə görə, 2016-cı ildə ABŞ sıxılmış təbii qaz ixracatçısına, 2020-ci ildə isə Kanada ilə birlikdə neft ixracatçısına çevrilə bilər. R. Lens neft ixracının hasilatın əlavə 3 milyon barel həcmində artmasına stimul verəcəyini də əlavə edərək yeni enerji strategiyasının ciddi şəkildə nəzərdən keçirilməsinin zəruri sayıb.