Rusiya və Çin öz hərbi potensialını ABŞ gözlədiyindən daha tez gücləndirib. APA-nın xəbərinə görə, bu barədə Pentaqon rəhbərinin müavini Robert Uork deyib.
"ABŞ İraq və Əfqanıstanda müharibə apardığı vaxtda, Moskva və Çin hərbi potensialını gücləndirməklə məşğul idi", - deyə o bildirib.
Pentaqon rəsmisi qeyd edib ki, Vaşinqton Moskva və Pekini beynəlxalq hüquq çərçivəsində tərəfdaş kimi görmək niyyətindədir.
"Biz onlarla müharibə etmək niyyətində deyilik. Bizim əsas hədəflərimiz bunlardır: onların məqsədini öyrənmək, onları nə saxlaya bilər və böhrandan necə qaçmaq olar", - deyə R. Uork qeyd edib.