"Rusiya və qondarma respublikalar tərəfindən Minsk razılaşmalarına tam şəkildə riayət olunacağına qədər sanksiyalar hazırkı səviyyədə saxlanılmalıdır. Qarşıdan gələn Avropa İttifaqının sammitində avropalı liderlər Rusiyaya bir daha göstərəcək ki, sanksiyalar yumşalmayacaq”, - deyə ABŞ lideri bildirib.
Martın 20-si Avropa Şurasının prezidenti Donald Tusk bəyan edib ki, Avropa İttifaqı liderləri Minsk sazişi tam olaraq yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq barədə razılıq əldə ediblər.