Ötən reytinqdə Potanin 8-ci yerdə idi. Beləliklə, onun sərvəti bir ildə 2,8 milyard dollar artıb.
Siyahıda ikinci yeri "Alfa-qrup"un şəriki Mixail Fridman tutur.
İlk onluğa həmçinin "Renova"nın ortağı Viktor Vekselberq (14,2 milyard dollar), "Severstal"ın baş direktoru Aleksey Mordaşov (13 milyard dollar), "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov (12,2 milyard dollar), "Novateka"nın idarə heyətinin sədri Leonid Mixelson (11,7 milyard dollar), NLMK-nın əsas səhmdarı Vladimir Lisin (11,6 milyard dollar), Volga Group şirkətinin sahibi Gennadi Timçenko (10,7 milyard dolar) və "Oneksim" qrupunun sahibi Mixail Proxorov (9,9 milyard dollar) daxildirlər.
Biznesmen Roman Abramoviç 9,1 milyard dollarla 12-ci yerdədir.
Rusiyanınm ən zəngin 200 sahibkarın ümumi sərvəti 2014-cü ildəki 481 milyard dollardan 408 milyard dollara enib. Dollar milyarderlərinin sayı isə 111-dən 88-ə düşüb.