Rusiyanın Ədliyyə Nazirliyi müxalif siyasətçi Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayevin xalasına 120 min avroluq cərimənin ödənilməsini nəzərdə tutan, Avropa İnsan Haqları Məhkəməsinin hökmünə qarşı apellyasiya şikayəti verib.
Larisa Dadayeva məhkəməyə şikayətində Avropa İnsan Hüquqları Konvensiyasında yaşamaq haqqını nəzərdə tutan 2-ci bəndin pozulduğunu bildirib. Rusiya mətbuatının məlumatına görə iddiaçı hazırda Belçikada yaşayır.
Larisa Dadayeva əri və qardaşının qaçırılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 2001-ci ildə müraciət edib. Şikayətə əsasən ailə üzvləri evdən hüquq-mühafizəçiləri tərəfindən aparılan kişilər barədə indiyədək xəbər tuta bilməyiblər.
Məhkəmə "Dadayeva Rusiyaya qarşı" iş üzrə hökmü yanvar ayında çıxarıb.
Zaur Dadayev martın 5-də həbs edilib. Onunla yanaşı Boris Nemtsovun qətli ilə bağlı daha 4 adam saxlanılıb.