"Boris Nemtsovun qətli faciəvi və biabırçı haldır”. APA-nın məlumatına görə, bunu Rusiya telekanallarının canlı yayımında Rusiya prezidenti Vladimir Putin müxalifətçi İrina Xakamadanın sualını cavablandırarkən deyib.
Rusiya xüsusi xidmət orqanlarının Nemtsovun qatilinin axtarılıb-tapılması istiqamətində yaxşı işlədiyini deyən Putin qətlin icraçılarının kimliyinin bir gün sonra məlum olduğunu bildirib. Qətlin sifarişçilərinin olub-olmamasına gəldikdə isə Rusiya prezidenti qeyd edib ki, buna istintaq zamanı aydınlıq gətiriləcək.