Obama öz qərarına yenidən baxıb və Senatın beynəlxalq əlaqələr komitəsində hər iki partiyanın nümayəndələrinin dəstəklədiyi qanun layihəsini imzalayacaq. Qanun layihəsi Konqresin İranla hər hansı razılaşmanı rədd etmək hüququnu nəzərdə tutur.
ABŞ prezidenti İrana qarşı Konqresin qərarları ilə yox, yalnız özünün əmrləri ilə tətbiq edilmiş sanksiyaları ləğv edə bilər.
Dünyanın aparıcı dövlətləri İranı beynəlxalq sanksiyaların ləğvi müqabilində öz nüvə proqramından imtina etməyə inandırmağa çalışır.