Nyu-Yorkda yüzlərlə insan polis zorakılığına qarşı etiraz nümayişi keçirib. Trend-in "Associated Press”ə istinadən verdiyi məlumata görə, nümayişçilər bu yaxında saxlanılma zamanı polis tərəfindən öldürülmüş Erik Qarner və Uolter Skottun şəkillərini tutublar.