"Bizim bu qərarımızın məqsədi yaşlı insanlara ziyarət imkanı və onların çoxdankı arzularını reallaşdırmalarına şərait yaratmaqdır”, – deyə qurumun açıqlamasında bildirilir.
Tacikistandan Həcc ziyarətinə gedənlərin siyahısı adıçəkilən komitə tərəfindən tərtib olunur. Qurum ölkəyə ayrılan kvotaya (bu il 6,3 min nəfər) əsasən siyahıda yaşlı nəslin nümayəndələrinə üstünlük verməyi qərara alıb.