Rusiya prezidenti Vladimir Putin İrana S-300 raket sistemləri göndərilməsinə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, 2007-ci ildə Rusiya ilə İran arasında bu cür raket sistemlərinin satışı barədə razılaşma imzalanıb. Amma Moskva BMT-nin İrana silah satışına qarşı tətbiq etdiyi sanksiyalara görə, 2010-cu ildə bu müqavilənin həyata keçirilməsini dayandırmışdı. Müqavilənin ümumi dəyəri 800 milyon dollar civarındadır.