"O, ABŞ üçün nə etmək istədiyini dəqiq bilir. O, görkəmli dövlət katibi olub. O, mənim dostumdur. Düşünürəm ki, əla prezident olacaq", Barak Obama Panamada "Amerikalar samiti" başa çatandan sonra bildirib.
Gözlənildiyinə görə, ABŞ-ın keçmiş birinci xanımı, Obamanın birinci prezidentlik müddətində ABŞ Dövlət Departamentinin başçısı olmuş 67 yaşlı Hillari Klinton, gələn il prezident seçkisində iştirak edəcəyini bu gün açıqlayacaq.