Bir müddət əvvəl Liviyanın Dərnə şəhərində özünə yer edən İŞİD bölgədəki İslamçı rəqiblərini yavaş-yavaş özünə birləşdirməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, bir müddət əvvəl "Əl-Qaidə” ilə əlaqəli "Ensar-uş Şeria” təşkilatının əsas adamlarından olan Əbu Abdullah əl Libi İŞİD-in xəlifə elan etdiyi Əbu Bəkir əl Bağdadyə beyət etdiyini açıqladı. Bunun ardınca İŞİD Libinin onlara bağlılıq andının qəbul edildiyini açıqladı. Müşahidəçilərin fikrincə, Libinin mövqe dəyişdirməsi "Ensar-uş Şeria”da yeni kopmaların yaşana biləcəyinə işarə edir.
2011-ci ildə Qəddafinin öldürülməsinin ardından Binqazini ələ keçirən "Ensar-uş Şeria” Liviyanın ən güclü islamçı təşkilatlarından biridir.
"Ensar-uş Şeria” daxilində "Əl-Qaidə” lideri Zevahirinin ən yaxın adamlarından biri olan Məhəmməd əl Zehavi keçən oktyabrda öldürüləndən sonra İŞİD-ə meyllənənlərin sayı artmışdı.