ABŞ prezidenti Barak Obama və Kubanın rəhbəri Raul Castro bir-birinin əlini sıxıb və Panamada "Amerikalar sammiti” başlandıqdan sonra nəzakətlə söhbət ediblər.
Buna kimi Kastro və Obama 2013-cü ilin dekabrında Cənubi Afrika lideri Nelson Mandelanın dəfn mərasimində ünsiyyətdə olub.
ABŞ dövlət katibi Con Kerri görüşün qabaqcadan planlaşdırılmadığını və təsadüfən baş verdiyini qeyd edib.
Panama sammiti başlanmazdan əvvəl Obama bəyan edib ki, Birləşmiş Ştatlar Latın Amerikası ölkələrinin işlərinə qarışmaq niyyətində deyil.