"Amnesty International" hüquq-müdafiə təşkilatı Böyük Britaniya hökumətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, "Amnesty International" Böyük Britaniyanı internet istifadəçiləri də daxil olmaqla insanları kütləvi izləməkdə təqsirləndirir.
İddia ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeninin mətbuata sızdırdığı məlumatlara əsaslanır.