Rejissorlar Nikita Mixalkov və Andrey Konçalovski prezident Vladimir Putinə müraciət edərək "Yedim doma!” ("Evdə yeyirik!”) adlı milli ictimai iaşə şəbəkəsi açmaq üçün kömək istəyiblər.
Kafe şəbəkəsinin açılıb işə salınması üçün rejissorlara 971, 8 milyon rubl (18 milyon dollar) lazımdır.
"Kommersant” qəzeti yazır ki, onların ideyasına görə bu kafelər qərbsayağı "fastfood” qəlyanaltılarına ("Mc Donald’s”) alternativ olmalıdır.
"İstəyirik ki, təmiz yemək şəbəkəsi yaradaq, qiymətləri də münasib olmalıdır”- deyib Konçalovski.
O deyib ki, təfərrüatlar barədə hökumət pul verəndən sonra danışmaq olar.
Qəzet yazır ki, "Yedim doma!” brendinin sahibi Konçalovskinin arvadı Yulya Vısotskayadır.
Onun elə bu adda televiziya şousu da var.