Psixiatrik ekspertiza Ermənistanda 7 nəfərlik ailənin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun cinayət vaxtı anlaqlı vəziyyətdə olduğunu müəyyən edib. Trend-in "İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.
"İstintaqın tapşırığı ilə aparılan psixiatrik ekpsertiza nəticəsində V.Permyakovun psixi cəhətdən sağlam olduğu qənaətinə gəlinib. O, cinayət vaxtı öz hərəkətlərini tamamilə dərk edib”, – deyə agentliyin müsahibi qeyd edib.