Onun sözlərinə görə, Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri haqqında həqiqətləri aydınlaşdırmaq üçün komissiya yaratmağa hazırdır.
C.Çiçək qeyd edib ki, 1915-ci il hadisələrinin Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilməsinə Ankara imkan verməyəcək.
Ermənistan və erməni lobbisi iddia edir ki, Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırım törədilib və Türkiyə Cümhuriyyəti də buna görə məsuliyyət daşıyır. Qondarma "soyqırım” iddiası bir sıra ölkələrin parlamentləri tərəfindən də təsdiqlənib.