Cümə axşamı günü, 12 noyabr 2026
     

Banklarda təhlükəli tendensiya...

Image


Manatın devalvasiyasından sonra müşahidə edilən hallardan biri də insanların banklardan depozit vəsaitlərini geri götürməsi oldu. Banklardan çıxarılan vəsaitin bir hissəsi daşınmaz əmlaka, digər hissəsi qiymətli metallara və digər istiqamətlərə sərf olundu. Belə vəziyyətdən narahat olan bankların bir çoxu depozitlər üzrə faiz dərəcələrinin qaldırılmasına indi getdikcə daha çox diqqət yetirməkdədir.
Bununla onlar həm əhalinin banklara yatırdığı depozitin geri çəkilməsinin qarşısını almaq, həm də yeni vəsaitlər cəlb etməyə çalışırlar.
O da faktdır ki, depozitləri seçərkən vətəndaşların böyük əksəriyyəti ilk növbədə depozit faizlərinə fikir verir. İkinci vacib məqam depozit əmanətinin artırılmaq imkanıdır. Bəzi banklar bu baxımdan heç bir məhdudiyyət tətbiq etmir. Bu da onunla bağlıdır ki, bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır. Banklar əmanətləri insanlardan alır, onu kredit şəklində verir. Xüsusilə kiçik banklarda bu göstərici kifayət qədər yüksəkdir. Bu baxımdan kiçik banklar əmanətləri yüksək faizlə qəbul etməkdə maraqlıdır. İqtisadçılar hesab edir ki, bütün bunlar fonunda Azərbaycan banklarının əmanət faizləri inkişaf etmiş ölkələrdən 2-3 dəfə çoxdur. Məsələn, Avropa ölkələrində, Amerikada ölkəmizdəki faiz dərəcələri ilə əmanət yerləşdirmirlər. Məlumat üçün bildirək ki, Avropa Birliyi banklarının əmanətlərə görə təklif etdiyi faizlər, əmanətlər avroda saxlanırsa, illik 3-4 faizi üstələmir, depozit dollarda açılarsa, yenə də maksimum qazanc 5-6 faizdir. Etibarlılıq etalonu hesab edilən İsveçrə banklarında əmanətlərə görə təqdim edilən faizlər bundan da aşağıdır. Ölkəmizdə isə əmanət qoyuluşu ilə bağlı bank sektorunda ciddi rəqabət gedir. Bu rəqabət artıq o qədər güclüdür ki, hər bank müştəri cəlb etmək üçün əmanətlərin faiz dərəcələrini artırır. Bunun da əsas səbəbi bankların kredit verməsi üçün əmanətə ehtiyac duyması ilə bağlıdır. Onların böyük əksəriyyəti xaricdən əmanət cəlb edə bilmədiyindən əmanətlərin faizlərini qaldıraraq müştəri cəlb edir. Manatın devalvasiyasından sonra bu proses özünü daha qabarıq formada nümayiş etdirir. Hətta depozit faizlərini 17 faizə qədər yüksəldən banklar var. Ekspertlər isə burada iki təhlükəli məqam görür. Əvvəla, bankların əmanət faizlərini qaldırması həm də kreditlərin faiz dərəcəsinə təsir göstərəcək və onları yüksəldəcək. İkincisi isə banklarda qorunmayan əmnatələrin miqdarı bu gedişlə çoxalacaq. Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu 12%-ə qədər əmanətləri sığortalayır. Fond bildirir ki, banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab edilir. Hazırda qorunmayan əmanətlərin həcmi 3 milyard manatdan yuxarıdır. Cari ilin ötən dövrü ərzində qorunmayan əmanətlərin miqdarının daha da artacağı istisna olunmur. Xüsusən də depozitlər üzrə faiz dərəcələrinin artırılmasından sonra qorunmayan pulların miqdarının daha da çoxalacağı qaçılmaz sayılır.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov yerli bankların əmanətlərə görə ödəniş faizlərini artırmasının səbəblərinə toxunaraq bildirir ki, istənilən mal və məhsulların istehsalı və satışında olduğu kimi, burada da depozitlərə görə faizlərin səviyyəsi ölkədə pul vəsaitlərinə olan tələb və təklif əsasında müəyyən edilir: "Tələb böyük olduqda əmanətlərə görə faiz dərəcələri də yüksək müəyyən edilir, az olduqda isə əksinə, faiz dərəcələri aşağı olur. Bu gün Azərbaycan bankları əmanətlərə görə yüksək faiz ödəməyi təklif edirsə, bunun iki əsas səbəbi var. Biri ondan ibarətdir ki, ölkə iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, qeyri-neft sektorunun inkişafı dövlət səviyyəsində əsas prioritetə çevrilib və bu səbəbdən ölkədə kreditlərə tələbat artıb. Manatın məzənnə yumşalmasında tədricilik prinsipini gözləyə bilməsək də, bütövlükdə məzənnənin yumşaldılması da iqtisadiyyatın daha sürətli inkişafını təmin etməyə hesablanıb. Ona görə də banklar yaranmış vəziyyətdə yüksək faizlə cəlb etdikləri əmanətləri səmərəli şəkildə yerləşdirməklə daha çox qazanc əldə etmək istəyindədir. Bu təbii bir haldır". Ekspert burada digər məqama da diqqət yetirir və qeyd edir ki, banklar əmanətləri daha az müddətə cəlb edib, kreditləri daha uzun müddətə verirsə, cəlb edilən vəsaitlərlə yerləşdirilən vəsaitlər arasında zaman baxımından uyğunsuzluq yaranır: "Buna banklarda "kassa çatışmazlığı" deyilir. Bu çatışmazlıq problemli kreditlərin həcmi gözlənildiyindən artıq olduqda daha böyük ola bilir. Problemin həllini banklar, adətən, daha çox əmanət cəlb etməklə həll edir. Banklar arasında rəqabətin mövcud olduğu bir şəraitdə daha çox əmanət cəlb etməyin yeganə yolu isə müştərilərə depozitlərə görə daha yüksək faizlər təklif etməkdən keçir".
İqtisadçı-ekspert Vüqar Bayramov isə yüksək faizlə əmanət yerləşdirilməsini risqli hesab edir. Bildirir ki, banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 12% dən artıq olmayan bütün əmanətlər sığortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 12%-dən artıq deyilsə, bank müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanıb. Yəni əmanətçi daha çox gəlir əldə etmək üçün yüksək faiz təklif edən bankların xidmətindən istifadə edirsə, o zaman həmin pullar qorunmur. Fond qorunmayan əmanətlərə görə kompensasiya ödəmir. Yaranmış vəzhiyyət banklarda sığorta olunan əmnatlərin həcminin artırılması vacib sayılır və bu göstəricinin ən azı 50 min manata çatdırılması çox önəmli hesab edilir.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ