Terrorçu İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı İraq və Suriyadakı tarixi abidələri dağıtmaqda davam edir. Keçən ay uçurdulub dağıdılmış İraqın Hatra şəhərində İŞİD talanı ilı bağlı video yayılıb.
Baki-xeber.com xəbər verir ki, UNESCO-nun mədən irs siyahısına daxil olan Hatrada terrorçuların heykəlləri külünglərlə qırdığı, avtomat silahlarla atəşə tutduğu əks olunur.
Hatra şəhəri 2 min əvvəl salınıb. 1987-ci ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
1987-ci ildə UNESCO dünya mirası siyahısında olan Hatra 2 min il əvvəl Fars imperiyası zamanında qurulub. Şəhərdə 163 nəzarət qülləsi və çox sayda hamam var.
Şəhərdə e.ə. üçüncü əsrə qədər uzanan Asur mədəniyyətindən qalma tarixi qalıqların olduğu ifadə edilir. Hatra arxeoloji əhəmiyyəti baxımından Suriyadakı Palmira və Livandakı Baalbek şəhərlərilə müqayisə edilir.