Rusiyada yanmış "Admiral” ticarət mərkəzinin sahibi axtarışa verilib. Xəbərdə deyilir ki, "Admiral”ın sahibi – "Menecment” səhmdar cəmiyyəti direktorlar şurasının rəhbəri Aleksey Syomin barədə axtarış tədbilərinə başlanıb.
Bundan əlavə müstəntiqlər bu şirkətə aid 400 obyektə həbs qoyublar.
Kazan şəhərində yanmış "Admral” ticarət mərkəzinin sahibi olan "Menecment”in baş direktoru Robert Xayrullin və Syominə qarşı cinayət işi qaldırılmışdı.
Onlar yanğın təhlükəsizliyi qaydalarını pozmaqda, səlahiyyətlərini aşmaqda və saxtakarlıqda ittiham olunurlar.
Xayrullin martın 14-də həbs edilib. "Forbes” jurnalına görə sərvəti 1, 15 milyard dollar olan Syomin Rusiya ərazisindən çıxmayıb.
Ticarət mərkəzində yanğın martın 11-də baş vermiş, 17 nəfər ölmüş, 70 nəfər xəsarət almışdı.
Ölənlərin arasında iki azərbaycanlı olub.