Ukrayna Ali Radasının deputatları baş nazir Arseniy Yatsenyukun istefasını tələb ediblər. APA-nın "İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, "Pyotr Poroşenko Bloku”nun nümayəndəsi Sergey Kaplin bildirib ki, baş nazir gələn həftə vəzifəsindən uzaqlaşdırılmalıdır.
S. Kaplinin sözlərinə görə, bu, səsvermə nəticəsində və Ali Radanın müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərarından sonra baş verəcək. Onun sözlərinə görə, həmin komissiya Dövlət Maliyyə Müfəttişliyinin sabiq rəhbəri Nikolay Qordiyenkonun bəyanatlarını araşdırmalı olacaq.
Qeyd edək ki, vaxtilə N. Qordiyenko məhz A. Yatsenyuk tərəfindən vəzifəsindən azad olunub.